6 İyun 2018 18:35
766
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəşər Əsəd ordusunun Suriyanın İdlib şəhərində keçirdiyi hərbi əməliyyatlar nəticəsində 2 nəfər həlak olub, 2 nəfər yaralanıb.

Teleqraf.com xəbər verir ki, Əsəd ordusu İdlibin cənub və qərb bölgələrində hərbi hava əməliyyatlarına başlayıb.
Azad Suriya Ordusunun mövqelərini bombardman edən Əsəd rejiminə bağlı qüvvələr mülki insanları da hədəfə alıb.

Qeyd edək ki, mayın 5-də Qazaxıstanın paytaxtı Astanada keçirilən görüşdə Əsəd rejimi və suriyalı müxaliflər arasında gərginliyin azaldılmasına dair anlaşma əldə edilmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər