Əfqanıstan Prezidenti Əşrəf Qani “Taliban” terror qruplaşması ilə müvəqqəti atəşkəs barədə razılığa gəldiklərini bildirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Prezident tvitter hesabında qeyd edib.
“Əfqanıstan hökuməti Ramazan bayramı münasibəti ilə iyunun 11-dən 19-na kimi atəşkəs elan edir” – Əşrəf Qəni bildirib.
O qeyd edib ki, hökumət qüvvələri “Taliban”a qarşı mübarizəni dayandırsa da, İŞİD-lə döyüşlər davam edəcək.