14 Avqust 2014 10:12
1 169
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İraq-Şam İslam Dövləti"nə (İŞİD) qarşı vuruşmaq üçün İraqın kürd bölgəsində silahlar açıq satışa çıxarılıb.


1991-ci ildə Ərbildə qurulan silah bazarında son günlər canlanma müşahidə olunur. İŞİD-in Şenqalı işğal edərək Mahmura yaxınlaşması Erbil sakinlərini narahat edib. Silahlılarla mülki əhali arasında 89 km fərq var.

Bazarda "Kalaşnikov", ABŞ istehsalı olan M16 avtomatlar, tapancalar açıq satışa çıxarılıb. "Kalaşnikov" avtomatı 600 dollara, M16 isə 2-3 min dollara satılır.

Silah satışı və alışı üçün heç bir maneə, prosedur qayda yoxdur. Silah alanlar kürd hərbi birləşməsinin binasına gedir və orada qeydiyyata düşəndən sonra cəbhəyə yollanırlar.


Müəllif:

Oxşar xəbərlər