Sinqapurun xarici işlər naziri Vivian Balakrişnan ölkəsinə yenicə qədəm qoyan Şimali Koreya lideri Kim Çen İnlə görüşdüyünü bildirib.
Teleqraf.com xəbər verir ki, nazir “Tvitter”dəki mikrobloqunda yazıb:
“Elə indicə Sinqapura gələn Şimali Koreya lideri Kim Çen İni salamladım”.
Qeyd edək ki, dünya KİV-ləri Şimali Koreya liderinin təyyarəsinin Sinqapurdakı Çanqi hava limanına endiyini xəbər verir.
Qeyd olunur ki, bundan sonra kortej hava limanını tərk edib və “Sent-Regis Singapore” hotelinə yola düşüb. Şimali Koreya lideri və onu müşayiət edən nümayəndə heyətinin üzvləri həmin hoteldə qalacaqlar.
İyunun 12-də isə bu ölkədə ABŞ Prezidenti Donald Trampla Kim Çen İnin görüşü keçiriləcək.