Ukrayna Ali Radasının “Radikal Partiya Oleq Lyaşko”dan olan deputatı Polşanın Jeşuve şəhəri yaxınlığında baş verən aviaqəzada xəsarət alıb.
Teleqraf.com xəbər verir ki, deputat hazırda xəstəxanadadır. Bu barədə məlumatı onun deputat həmkarı İqor Mosiyçuk açıqlayıb.
Qeyd edək ki, bu yaxınlarda “TVN24” telekanalı Ukraynada qeydiyyatda olan yüngül motorlu təyyarənin Jeşuvedə qəzaya uğradığını, 3 nəfərin xəsarət aldığını xəbər vermişdi.
“Jeşuvedə yüngül motorlu təyyarə qəzayə uğrayıb, hansı ki, “Radikal Partiya Oleq Lyaşko”dan olan bizim deputat həmkarımız Yuri Çijmar da təyyarənin göyərtəsində olub. Yuri hazırda xəstəxanadadır”, deyə İ.Mosiyçuk bildirib.
Qeyd edək ki, sözügedən partiyaya Ali Radanın deputatı Oleq Lyaşko rəhbərlik edir. O.Lyaşko Ukraynada 2014-cü ildə keçirilən prezident seçkisində həmin partiyanın namizədi olmuş və üçüncü yeri tutmuşdu.