Irandan Ermənistana satılan qazın həcminin artırılması ilə bağlı danışıqlar aparılacaq.
Teleqraf.com İRNA-ya istinadla xəbər verir ki, bu məqsədlə Ermənistandan olan nümayəndə heyəti Tehrana səfər edəcək. Bu barədə İranın Milli Qaz İdarəsinin yetkilisi Behzad Babazadə məlumat verib.
O, Ermənistan tərəfinin İrandan satılan qazın həcminin artırılması üçün rəsmi Tehrana müraciət etdiyini diqqətə çatdırıb və qarşılıqlı anlaşma olacağı halda, bu təklifin müsbət dəyərləndiriləcəyini qeyd edib:
“İrandan Ermənistana satılan qazın həcmi 1 milyion kubmetrdən 1.6 milyon kubmetrədək artırıla bilər. İran – Ermənistan boru kəməri vasitəsilə bu həcmdən də artıq qaz nəql etmək mümkündür. Bizim üçün bu həcmi artırmaq problem deyil”.
Behzad Babazadə qazla yanaşı, Ermənistanda satdıqları elektrik enerjisinin qiymətlərində də güzəştlər edə biləcklərini istisna etməyib.