13 İyun 2018 15:48
2 426
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna, Monteneqro, Albaniya və Norveç Rusiyaya qarşı tətbiq etdikləri sanksiyaları genişləndiriblər.

Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, sanksiyalar Rusiyanın Ukraynanın işğal altındakı Krım bölgəsində prezident seçkiləri təşkil etdiyinə görə sərtləşdirilib.

Avropa Şurası 4 ölkəninin bununla bağlı qərarını dəstəkləyib. Açıqlamada həmçinin bildirib ki, bu, Avropa İttifaqının Rusiyanın qonşu dövlətlərə təcavüzkar siyasəti ilə bağlı mövqeyinə uyğundur.

Qeyd edək ki, bundan əvvəl Avropa İttifaqının Nazirlər Kabineti Ukraynanın Krım və Sevastopol şəhərlərində qeyri-qanuni seçkilər keçirdiyinə görə Rusiyanın 5 vətəndaşına sanksiya tətbiq etmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu