Gürcüstanın istefa vermiş baş naziri Georgi Kvirikaşvilini maliyyə naziri Mamuka Baxtadze əvəzləyə bilər.
Teleqraf.com xəbər verir ki, 36 yaşlı nazirin namizədliyi parlament tərəfindən irəli sürülüb.
Onun baş nazir seçilməsi üçün prezidentin parlamentə müraciəti lazımdır.
Qeyd edək ki, ötən gün Georgi Kvirikaşvilinin rəhbərlik etdiyi Gürcüstan hökuməti ölkədəki etirazlarla bağlı olaraq istefaya yollanıb.