Türkiyə Silahlı Qüvvələri dünən Şimali İraqda, Qəndil dağlarında keçirdiyi hava əməliyyatının nəticəsini açıqlayıb.
Teleqraf.com “Anadolu” agentliyinə istinadla xəbər verir ki, hava hücumu zamanı terrorçuların sığınacaqları, silah-sursat anbarları kimi istifadə edilən hədəflər məhv edilib.
Xatırladaq ki, TSQ iyunun 12-də Qəndil dağlarında hava əməliyyatı zamanı 26 terrorçunu, iyunun 14-də Hakkari və Çuxurça bölgəsində isə 2 terrorçunu zərərsizləşdirmişdi.