16 İyun 2018 14:10
1 776
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Prezidenti Həsən Ruhani futbol üzrə dünya çempionatında İran-Mərakeş qarşılaşmasını evində çay süfrəsi arxasında izləyib.

Teleqraf.com İran KİV-inə istinadla xəbər verir ki, ölkə başçısının farsca “12-ci oyunçu” yazılı idman geyimi diqqət çəkib. Mübarizənin nəticəsindən razı qalan prezident komandasını alqışlayıb. Fotolarını sosial şəbəkədə paylaşan Həsən Ruhani “Oynadığınız oyun və qazandığınız zəfərlə bütün İran xalqını sevindirdiniz, uşaqlar, sizlərə təşəkkür edirəm” qeydini izləyiciləri ilə bölüşüb.

Xatırladaq ki, İran Mərakeşlə qarşılaşmada 1:0 hesabı ilə qalib gəlib.


Müəllif: Nərgiz

Oxşar xəbərlər