16 İyun 2018 17:25
2 133
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yəmən Prezidenti Əbd Rəbbu Mansur Xadiyə bağlı qoşunlar Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın köməkliyi ilə ölkənin Xodeyda şəhərində yerləşən beynəlxalq hava limanı üzərində nəzarəti ələ keçiriblər. Bununla da ölkə hakimiyyəti bütün şəhər üzərində hakimiyyətini bərpa etmiş olub.

Teleqraf.com xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti “Tvitter”də məlumat yerləşdirib.
Bundan az öncə Yəmən hakimiyyəti ölkənin bütün ərazisində qanuni hakimiyyəti bərpa etmək üçün “Qızıl qələbə” əməliyyatına başladıqlarını açıqlamışdı. Mühüm liman şəhəri olan Xodeyda uzun müddət idi ki, husilərin əlində idi. Yəmən hakimiyyəti husilərə məhz Xodeyda limanı vasitəsilə İrandan silah ötürüldüyünü iddia edirdi.


Müəllif: Səxavət

Oxşar xəbərlər