16 İyun 2018 17:55
1 062
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstan Müdafiə Nazirliyi Taliban lideri Molla Fəzlullahın öldürüldüyünə dair məlumat yayıb.
Teleqraf.com “Röyters”-ə istinadla xəbər verir ki, o, ABŞ Hərbi Hava Qüvvələrinin əməliyyatları vaxtı həlak olub.
Hadisə Kunar bölgəsində baş verib. ABŞ ordusu Talibanın Pakistanla sərhəddə yerləşən Kunar bölgəsindəki mövqelərinə qarşı gözlənilməz hücuma keçib. Hücum nəticəsində həlak olan Talibat militanları arasında Pakistandan Əfqanıstana yeni qayıtmış Molla Fəzlullah da olub.

Bu barədə yayılmış məlumatları Əfqanıstan Müdafiə Nazirliyi də təsdiq edib. “Röyters” isə bildirib ki, Taliban lideri öz evində olarkən raketlə vurulub. Hadisə nəticəsində onunla yanaşı daha 4 nəfər həlak olub.

Qeyd edək ki, ABŞ mart ayında Taliban liderinin başına 5 milyon dollar qoyulduğunu açıqlamışdı.
Bir neçə gün əvvəl Əfqanıstan hökuməti və Taliban arasında ramazan bayramına görə atəşkəs elan edilmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər