Məşhur amerikalı aktrisa, Birləşmiş Millətlər Təşkilatının (BMT) xoşməramlı səfiri Ancelina Coli İraqın Mosul bölgəsinə gəlib.
Teleqraf.com xəbər verir ki, o, Mosulda qaçqınlar və türkmənlərlə görüşüb.
Səfər çərçivəsində Ancelina Coli İŞİD terror təşkilatı tərəfindən dağıdılmış Ulu Nuri Məscidinə baş çəkib.
Aktrisa Mosulun müharibədən ən çox zərər görmüş məşhur Zəncili məhəlləsini də ziyarət edib.
İlk dəfədir dağıdılmış bir şəhərə gəldiyini deyən Ancelina Coli mediaya açıqlama vermədən şəhəri tərk edib.