17 İyun 2018 14:52
568
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstanın Cambıl vilayətində sərnişin qatarının bir neçə vaqonu relsdən çıxıb.

Teleqraf.com xəbər verir ki, ölkənin Fövqəladə Hallar üzrə Komitəsindən olay zamanı bir neçə nəfərin xəsarət aldığını bildiriblər.

“Xəsarət alanlar var, ancaq onların sayı, o cümlədən ölənlərin olub-olmaması barədə məndə hər hansı məlumat yoxdur”, deyə komitənin rəsmi nümayəndəsi Ruslan İmanqulov bildirib.

Yayılan videoda insanların özlərini xilas etdməyə çalışdıqları görünür. Qatar Astana-Alma-Ata reysi üzrə hərəkət edirmiş.


Müəllif: Səxavət