18 İyun 2018 13:45
1 425
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq Səhiyyə Nazirliyinin Kərkük Planlama İdarəsinin rəhbəri İstibraq Əbdüllətif sui-qəsd nəticəsində öldürülüb.

Teleqraf.com xəbər verir ki, onun evinə silahlı hücum olub.

“İstibraq Əbdüllətif öz evində kimliyi bilinməyən şəxslərin silahlı hücumu nəticəsində həyatını itirib”, - Kərkük polisindən bildirilib.

İstibraq Əbdüllətifin atası da evdə ölü tapılıb. Polis hazırda cinayət işini araşdırır.

Qeyd edək ki, son zamanlar Kərkükdə türkmənlərə qarşı tez-tez sui-qəsdlər həyata keçirilir. Sui-qəsdlərin hədəfi siyasətçilər, tanınmış şəxslər, türkmən cəmiyyəti daxilində nüfuzlu insanlardır.

Son 8 ayda Kərkükdə 21 tanınmış türkmən silahlı hücum nəticəsində qətlə yetirilib.


Müəllif: Cavad

Oxşar xəbərlər