19 İyun 2018 00:58
914
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Erik Pahon Suriyanın Mənbiç bölgəsində Amerika və türk əsgərlərinin "koordinasiyalı, amma müstəqil şəkildə" əməliyyatlar keçirdiyini bildirib.

Teleqraf.com xəbər verir ki, hərbi qüvvələr Mənbiç Yol Xəritəsi və Mənbiç Təhlükəsizlik Prinsiplərinə sadiq qalaraq 18 iyundan etibarən birgə əməliyyatlara başlayıblar.

"Mənbiçin təhlükəsizliyinin təmin edilməsi üçün İŞİD ilə mübarizə vacibdir. Ortaq əməliyyat ABŞ-ın NATO-dakı müttəfiqi Türkiyəyə olan bağlılığının önəmli parçasıdır", deyə Erik Pahon qeyd edib.

Türkiyə Silahlı Qüvvələri (TSQ) 18 iyunda Fırat Qalxanı Hərəkatının nəzarətindəki ərazi ilə Mənbiç əyaləti arasındakı sahələrdə ABŞ silahlı qüvvələrilə birlikdə əməliyyatlara başlayıb.


Müəllif: Teleqraf.com