Rusiya iqtisadiyyat naziri Maksim Oreşkin rəsmi Moskvanın tezliklə ABŞ-ın əlavə gömrük vergisinə cavab verəcəyini bəyan edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Nazirliyin yaydığı məlumatda qeyd olunub.
Nazir Oreşkin bildirib ki, aliminium və polad idxalına görə əlavə gömrük vergisi tətbiq edən ABŞ Rusiyaya dəyəcək zərəri ödəmək istəmir.
Rusiya Dünya Ticarət Təşkilatındakı hüququndan istifadə edəcək və cavab tədbirləri görəcək.