14 Avqust 2014 20:01
805
12 Punto 14 Punto 16 Punto 18 Punto

Facebook şəbəkəsinin təsisçisi mərkəzi sinir sisteminin yan amiotrofik skleroz xəstəliyinin araşdırılmasına diqqət cəlb etmək məqsədilə üzərinə bir çəllək soyuq su aşırıb.

Mark Zukerberqin qatıldığı kampaniya Amerikada iyun ayında başlayıb.

Qaydalara görə, təşəbbüsü dəstəkləyən iştirakçı üzərinə buz kimi su tökərək 3 adama müraciət etməlidir.

Həmin şəxslər öz növbəsində ya kampaniya qatılıb üzərinə su tökməli, ya da ki, xəstəliyin araşdırılması fonduna ianə verməlidirlər.

Facebook səhifəsindəki videoklipdə Mark Zukerberq üzərinə soyuq su tökməzdən öncə öz həmkarı Sheryl Sandberg, Microsoft-un yaradıcısı Bill Gates və Netflix qrupunun rəhbəri Reed Hastings-ə müraciət edir.
"Çox soyuq idi”, - suyu başına aşıran iş adamı videoklipin sonunda bildirir.

ABŞ-da başlayan kampaniya artıq bir neçə tanınmış şəxsin dəstəyini qazanıb.

/BBC/


Müəllif:

Oxşar xəbərlər