Səudiyyə Ərəbistanın dəstəklədiyi qüvvələrin Yəməndə önəmli uğurlar qazanmasından sonra İran Ədən körfəzinə 2 döyüş gəmisi göndərib.
Teleqraf.com xəbər verir ki, bu barədə Tasnim agentliyi məlumat yayıb.
Xəbərə əsasən, helikopter daşıya bilən Hark və döyüş dəstəkli Subulan gəmisi Ədən körfəzinə göndərilib.
Ədən Körfəzi Səudiyyə Ərəbistanı rəhbərliyi etdiyi koalisiyanın Yəmənə keçirdiyi hərbi əməliyyatlar baxımından həssas mövqedə yerləşir.
Səudiyyə Ərəbistanı dəstəklidiyi Yəmən ordusu ölkənin şimalındakı Səda və mərkəzindəki Beyda rayonlarında Husilerin nəzarətindəki bəzi yerləri ələ keçirdiyi bildirilir.