23 İyun 2018 15:51
1 231
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkmənistanda ərzaq məhsullarının qiyməti kəskin bahalaşıb. Ölkədə qida qıtlığı dükan, bazar və marketlərdə sıxlığın yaranmasına səbəb olub. Böhranın qarşısını almaq istəyən hökumət sovet dönəmində tətbiq edilən qaydaları yenidən qanuniləşdirib.

Teleqraf.com xəbər verir ki, yeni-köhnə qaydalara əsasən, un, şəkər və yağın satışı məhdudlaşdırılıb.

Hər ailə gündəlik ancaq 2 kiloqram un ala bilər. Şəkər və yağ satışında da talon sistemi tətbiq olunur.

Paytaxt Aşqabadda 2 manat olan çörəyin qiyməti artaraq, 3.5 manat olub. Marketlərdə müştərilər gün ərzində 1 ədəddən artıq toyuq ala bilməz. Paytaxt və bölgələrdə də unun qiymətləri artıb. 50 kiloqramlıq un kisəsinin qiyməti 2 dəfə artaraq, 100 manat olub.

Qida qıtlığının Türkmənistanda sosial partlayışa gətirib çıxaracağı bildirilir.

Qeyd edilir ki, enerji qiymətlərinin kəskin şəkildə azalması iqtisadiyyatı tamamilə sıradan çıxarıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər