23 İyun 2018 19:37
776
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Birliyinin gələcəyi qumara qoyulub, yaxın illərdə buna aydınlıq gələcək.

Teleqraf.com xəbər verir ki, bu sözləri “Spiegel” nəşrinə müsahibəsində İtaliya XİN rəhbəri və baş nazirin müavini Matteo Salvini söyləyib.

Onun fikrincə, bir il ərzində məlum olacaq ki, vahid Avropa qalacaq, ya yox.

Nazir qeyd edib ki, İtaliya bundan sonra miqrantları ölkəyə buraxa bilməz: “Biz bir nəfəri də qəbul edə bilmərik. Əksinə, onları geri göndərmək istərdik”.

Ötən həftənin sonlarında İtaliya və Malta göyərtəsində 600 miqrant olan “Aquarius” gəmisinin qəbulundan imtina etmişdi. Miqrantlar İspaniyaya göndərilmişdi.

“Aquarius” ətrafındakı vəziyyət rəsmi Roma və Paris arasında qalmaqala səbəb oldu. Prezident Emmanuel Makron rəsmi nümayəndəsi vasitəsilə İtaliyanı “həyasızlıqda və məsuliyyətsizlik”də ittiham elədi.


Müəllif: Ruslan

Oxşar xəbərlər