DÇ-2018-də Braziliya Kosta Rikanı 2:0 hesabı ilə məğlub edib. Məşhur futbolçu Neymar isə komandasının ikinci qolunu vurarkən, oyunu izləməyə gələn bacısı huşunu itirib.
Teleqraf.com xəbər verir ki, Neymarın bacısı Rafaella Beckran huşunu itirdikdən sonra hadisə yerinə təcili yardım briqadası cəlb olunub. Futbolçunun bacısının səhhətində ciddi problem olmadığı məlum olub.