26 İyun 2018 09:35
1 081
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həbs edilmiş Ermənistan müdafiə nazirinin keçmiş müavini, general Manvel Qriqoryanın oğlu Karen Qriqoryan oğurluqda ittiham edilib.

Teleqraf.com Ermənistan KİV-ə istinadla xəbər verir ki, artıq Karen Qriqoryana qarşı cinayət işi açılıb.

Məhkəmə generalın oğlunu əlbir olduğu şəxslərlə ona verilmiş dövlət əmlakını və maddi vəsaitləri oğurlayaraq mənimsəməkdə günahlandırıb.

İrəvan şəhər meri Taron Marqaryanla işbirliyində olduğu bildirilən Karen Qriqoryanın Ermənistanı tərk etməsinə qadağa qoyulub.

Qeyd edək ki, Manvel Qriqoryan bir neçə gün əvvəl Silahlı Qüvvələrə məxsus əmlakı və maddi vəsaitləri mənimsəmək, həmçinin, dövlət çevrilişinə cəhd etmək ittihamı ilə həbs edilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər