26 İyun 2018 09:23
870
12 Punto 14 Punto 16 Punto 18 Punto

Erənistanda insan haqlarının pozulmasına son qoyulmalıdır.

Teleqraf.com Ermənistan KİV-ə istinadla xəbər verir ki, bunu Avropa İttifaqının komissiya rəhbəri Yekaterina Dorodnova deyib.

O, Ermənistanda siyasi baxışlarına görə insanların təqib olunduğunu bildirib:

“İnsan haqlarının qorunması Avropa İttifaqının prioritetlərindən biridir. Avropa İttifaqı ilə əməkdaşlıq edən Ermənistan və digər ölkələrdə bu məsələlərə xüsusi diqqət ayırır. Lakin təəssüf ki, bu sahədə Ermənistanda da kobud pozuntular var. İnsanların fərqli baxışlarına görə təqib edilməsinə, həbs olunmasına və işgəncə verilməsinə son qoyulmalıdır.

Ermənistanın yeni hakimiyyəti bu məsələlərə diqqət ayırmalıdır, biz də kömək edə bilərik.

Düzdür, yeni hakimiyyətin demokratik olması haqda söyləntilər var, amma vəziyyət heç də ürəkaçan deyil”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər