25 İyun 2018 23:42
645
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın Bohum şəhərində “Əl-Qaidə” terrorçu qruplaşmasının keçmiş lideri Usama Bin Ladenin sabiq cangüdəni A. Sami polis tərəfindən saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu haqda DPA agentliyi məlumat yayıb.

Sami 1997-ci ildə Almaniyada siyasi sığınacaq alıb.

Almaniya hökuməti 2006-cı ildə onu deportasiya etməyi planlaşdırsa da, 10 il sonra məhkəmə Samiyə sığınacaq verilməsinə dair qərar qəbul edib.

Sami.A ekstrimistlərlə heç bir əlaqəsinin olmadığını bildirir. O, hələ 11 sentyabr teraktından əvvəl Bin Laden mühafizə dəstəsindən ayrılıb. Tunisdə xüsusi xidmət orqanlarının ona işgəncələr verəcəyindən qorxduğundan hökumətdən sığınacaq istəyib və ölkəsinə deportasiya edilməyib.

A. Sami Almaniyada "ən təhlükəli insanlar" kateqoriyasına aid edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər