28 İyun 2018 18:19
1 187
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kanadanın Britaniya Kolumbiyası əyalətinin Ali Məhkəməsi 61 yaşlı çoxarvadlı Uinstoun Blekmorla bağlı qərar çıxarıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.

2017-ci ilin iyulunda Uinstoun Blekmor 24 arvad saxlamaqda ittiham olunub.

O, həbs cəzasından canını qurtara bilib və 6 aylıq ev dustaqlığına məhkum edilib. Blekmora işləmək və həkimə müraciət etmək qadağan olunmayıb. O, 150 saatlıq ictimai işlərə cəlb olunacaq.

Hakim Şeri Ann Donegan ittiham olunan şəxsin evləndiyi xanimlardan bəzilərinin 15 yaşının təzə tamamlandığını deyib.

Blekmor bildirib ki, heç bir cəza onun dini baxışları dəyişməyəcək. O, peşman olmadı və olmayacaq.

Məlumatlara görə, Uinstoun Blekmorun 149 uşağı var. O, 1946-cı ildə çoxarvadlılığın tərəfdarları tərəfindən salınan Bauntiful icmasında yaşayır.

Kanadada çoxarvadlılığı görə maksimum cəza beş il azadlıqdan məhrum etmədir.


Müəllif: Ruslan

Oxşar xəbərlər