Rusiyanın Stavropol diyarının Pyatoqorsk şəhərində 2 qafqazlını qətlə yetirməkdə, 1-ni isə ağır yaralamaqda ittiham olunan Vasili Moxovun məhkəmə prosesi keçirilib.
Teleqraf.com modern.az-a istinadən xəbər verir ki, məhkəmə Moxvun hərəktlərini “özünü müdafiə həddini aşma” kimi dəyərləndirərək, onu cəmi 3 il müddətinə azadlıqdan məhrum edib.
İstintaqın məlumatına görə, 2012-ci il iyulun 21-də Kislovodsk şəhərinin mərkəzində 15 nəfərin iştirakı ilə kütləvi dava baş verir. Qafqazlıların və kazakların iştirakı ilə baş verən davada gürcü əsilli 19 yaşlı Qiya Elikaşvili və 25 yaşlı erməni Con Badalyants bıçaqlanaraq qətlə yetiriliblər. 23 yaşlı inquş Boris Stefliani isə ağır xəsarətlər alsa da, sağ qala bilib. İddia olunur ki, mübahisə qafqazlı gənclərin fiziki qüsurları olan satıcının mallarını oğurlamasından sonra başlayıb. Satıcı öz kazak dostlarına, o cümlədən Vitali Moxova müraciət edib və hadisələr bundan sonra qanlı finala doğru gedib.
Xatırladaq ki, 1 ay öncə Moskvada məhkəməsi keçirilən məhkəmədə azərbaycanlı Orxan Zeynalov Yeqor Şerbakovu qətlə yetirməkdə təqsirləndirilərək, ona cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 17 il iş kəsilib.