29 İyun 2018 18:27
2 390
12 Punto 14 Punto 16 Punto 18 Punto

5 gün Amulsarda qızıl axtarışı aparan şirkətə etiraz edən insanların yanında oldum. Sizi əmin edirəm ki, xoş atmosfer var. Hansı ki, həmin atmosfer siz İrəvanda Serj Sərkisyanı hakimiyyətdən uzaqlaşdırmaq üçün aksiyalar keçirərkən yaşanmışdı. Polis və hərbi qüvvələrin təzyiqlərinə baxmayaraq, insanlar sizi müdafiə etdilər, sizi tərk etmədilər. Amma indi deyəsən, siz həmin insanları tərk etmisiniz.

Teleqraf.com xəbər verir ki, Ermənistanın Jermuk bölgəsində baş verən etiraz aksiyaları barədə rayon sakini Ani Xaçaturyanın Baş nazir Nikol Paşinyana yazdığı məktubda belə deyilir.

Ani məktubunda Paşinyan və onun başçılıq etdiyi hökuməti vətəndaşların taleyinə biganə olmaqda ittiham edir və yazır:

“10 günə yaxındır ki, bölgə sakinləri Amulsarda qanunsuz qızıl axtarışları aparan “Lidiya” şirkətinə etiraz edir. Dəfələrlə sizə də şikayətlərini bildiriblər ki, axtarışlar bölgədə ekoloji fəlakətə gətirib çıxara, içməli su zəhərlənə bilər. Mədəndə istifadə edilən texnologiya köhnədir. Sizə verdiyiniz vədi xatırladım, siz baş nazir olmamışdan əvvəl vəd verdiniz ki, mədən siyasəti yenilənəcək. Bu gün isə bu vədi unutmaqla yanaşı, etiraz edən vətəndaşları təxribatçı adlandırırsız və hədələyirsiniz ki, bu itaətsizlikdir və sakitləşməsəniz, qarşısı alternativ variantlarla alınacaq.

Sizə cavab olaraq vurğulamaq istəyirəm ki, burada etiraz edən insanlar vaxtilə siz hakimiyyətə gəlmək istəyəndə yanınızda necə sıx dayanmışdılarsa, elə dayanıblar. Hər halda bu haqda düşünsəniz yaxşı olardı. Tapacağınız çıxış yolu həm də sizin çıxış yolunuz olacaq. Əks təqdirdə… Özünüz düşünün”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər