ABŞ-da ölkəyə qanunsuz miqrasiya etmiş ailələrin övladlarının ayrı düşərgədə saxlanılmasına etiraz edən və bu üzdən saxlanılanlar arasında amerikalı aktrisa, Oskar mükafatçısı Susan Sarandon da var.
Teleqraf.com xəbər verir ki, "Dead Man Walking" (Ölüm yolunda) filmindəki roluna görə 1996-cı ildə Oskar qazanan Sarandon 1999-cu ildə Nyu-Yorkda silahsız afrikalı gəncin polis tərəfindən qətlə yetirilməsinə qarşı keçirilən aksiyada da iştirak etdiyi üçün saxlanılıb.
O, prezident seçkiləri ərəfəsində Trampa qarşı başladılan "Qadın hərəkatı"nda da fəal iştirak edib.
Bu günlərdə aktrisa ABŞ konqresi binasının önündə "Uşaqlar haradadır?", "Miqrasiya idarəsini bağlayın", "Qanunsuz heç nə yoxdur" şüarları ilə keçirilən aksiyada iştirak edərək miqrant uşaqların ailələrinə təhvil verilməsini tələb edib. Polisin xəbərdarlığına baxmayaraq onlar dağılışmayıblar. Buna görə də polis 630 aksiyaçını saxlayıb.