İraq İŞİD terrorçularının ölkəyə girişini əngəlləmək üçün Suriya ilə sərhəd ərazilərdə tikanlı məftillər çəkməyə başlayıb.
Teleqraf.com “Daily Telegraph” qəzetinə istinadla xəbər verir ki, sərhəddə xüsusi gözətçi məntəqələri də inşa edilir.
“Suriya sərhəddi boyunca təhlükəsizlik məftilləri və gözətçi məntəqələrin inşasına 10 gün əvvəl başlamışıq”, - İraq Sərhəd Qoşunlarının sözçüsü Ənvər Həmid Nayef bildirib.
Qeyd edək ki, Suriya-İraq sərhəddi 595 kilometr uzunluğundadır. İndiyə qədər 20 kilometrlik məsafədə tikanlı məftillər çəkilib.
İŞİD fəallarının Ənbər çölündə hələ fəal olduğu, ölkənin digər ərazilərində də müəyyən imkanlara sahib olduqları qeyd edilir.