İsrail ordusu İranla mübarizə aparmaq üçün xüsusi ordu yaradacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə yerli “Maariv” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, İsrail Baş Qərargah rəisi Gadi Eizenkotun yeni yaradılan “İran Təhdidi ilə Mübarizə Layihəsi”nin rəhbərliyinə İsrail Ordusu Əməliyyatlar Bölməsinin keçmiş rəhbəri general Nitzan Alon gətirildiyini bildirib.
General Alonun Baş Qərargah rəisi Eizenkota ötən həftə Amerika səfəri zamanı ABŞ Baş Qərargah rəhbəri Cozef Dunford da daxil olmaqla yüksək səviyyəli rəsmilərlə görüşdüyü qeyd edilib.
Yaradılan yeni heyətin vəzifəsinə Tehran rəhbərliyinin nüvə proqramı ilə mübarizə, kəşfiyyat məlumatları toplama, İranın Suriyada yerləşməsi və ABŞ ilə əlaqəli şəkildə hərəkət edərək bu yerləşmənin aradan qaldırılmasını həyata keçirilməsi daxildir.