5 İyul 2018 13:32
1 371
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampa məktub göndərib.

Teleqraf.com xəbər verir ki, Rusiya lideri məktubda ABŞ-ı Müstəqillik günü münasibətilə təbrik edib. Məlumatı Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov da təsdiqləyib.

Bununla yanaşı məktubun təfərrüatları açıqlanmayıb.

“Göndərib”, – Peskov Rusiya mediasının müvafiq sualına cavab olaraq yalnız bunu bildirib.

Bundan əvvəl isə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov amerikalı konqresmenlərlə görüş zamanı onları Müstəqillik günü münasibətilə təbrik edib.

Qeyd edək ki, iyulun 4-də ABŞ-ın yaradılmasının 242-ci ili tamam olub.

Onu da bildirək ki, iyulun 16-da Helsinkidə ABŞ və Rusiya liderinin ilk geniş formatlı görüşü keçiriləcək.


Müəllif: Səxavət

Oxşar xəbərlər