5 İyul 2018 14:31
1 477
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstintaq Komitəsi Ermənistanın keçmiş prezidenti Serj Sərkisyanın ailə dostu, “Flash” MMC-nin sahibi Barseq Beqlaryanı qanunsuz olaraq dövlət əmlakını mənimsəməkdə ittiham edib.

Teleqraf.com Ermənistan KİV-ə istinadla xəbər verir ki, Beqlaryanın oğlu, “Flash Motors” şirkətinin sahibi N.Beqlaryan 2015-ci ildə külli miqdarda dövlət vəsaitini mənimsəyib.

Eyni zamanda, Barseq Beqlaryan 2016-cı ildə İrəvan şəhərində bir vətəndaşa zor tətbiq edərək, mənzilini və 20 min dollarını mənimsəyib.

Əldə edilmiş dəlillər əsasında Barseq Beqlaryana qarşı cinayət işi açılıb.

O, ilkin istintaq dindirilməsindən sonra həbs edilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər