6 İyul 2018 09:26
1 484
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ hökuməti Çindən idxal edilən 34 milyard dollar dəyərində olan 800-dən çox məhsula 25 faizlik əlavə gömrük vergisinin tətbiqinə rəsmən start verib.

Teleqraf.com xəbər verir ki, beynəlxalq media Tramp administrasiyasının bu addımını “ticarət müharibəsinin rəsmi olaraq başlanması” kimi təqdim edir.

Almaniyanın AFR agentliyi qeyd edir ki, Çin ABŞ-ın dünya tarixində ən böyük ticarət müttəfiqidir və əlavə gömrük rüsumunun tətbiqi rəsmi ticarət müharibəsidir. Beynəlxalq birjalarda narahatlıq yaradan “ABŞ-Çin savaşı” çərçivəsində qarşılıqlı addımlara böyüməyə davam edir.

ABŞ Prezidenti Donald Trampın “texnologiya oğruları ilə ədalətsiz ticarət şərtləri” qanununu Çin mənşəli texnoloji məhsullara tətbiqi qərarı çərçivəsində 50 milyard dollarlıq gömrük vergilərinin ilk mərhələsini Vaşinqton saatı ilə 00:01-də rəsmən açıqlayıb.

Bununla da Çinin müdafiə, aviasiya və istehsal sektorunu hədəfə alan 25 % əlavə gömrük vergisi, nüvə reaktorları, qaz turbinləri, ticarət avadanlığı daxil olmaqla 818 adda məhsula tətbiq edilir.

Ağ-Ev 16 milyard dollar dəyərində 300-ə yaxın məhsula tətbiq edəcəyi ikinci mərhələ vergi rüsumlarını iyulun sonlarında rəsmən tətbiq edəcək.

Qeyd edək ki, Çinin buna qarşılıq olaraq cavab addımları atacağı gözlənilir. Çinin Ticarət Nazirliyinin sözçüsü Gao Fing bilddirib ki, Çin əsla ilk atəş açan tərəf olmayacaq, ancaq ABŞ vergi tədbirlərinə başladığı təqdirdə Pekin hökuməti Çin dövlətinin və xalqının maraqlarını qorumaq üçün buna qarşılıq verməyə məcbur qalacaq.

ABŞ Prezidenti Donald Tramp isə Vaşinqtonun əlavə gömrük rüsumları tədbirlərinə Pekinin qarşılıq verəcəyi təqdirdə 200 milyard dollarlıq gömrük vergisinin tətbiqi haqda göstəriş verib.

Mütəxəssislər dünyanın ən böyük iqtisadiyyatına sahib olan iki ölkənin bir-birinə qarşı əlavə gömrük vergiləri tətbiq etməyə davam etməsinin ağır nəticələr yaradacağını düşünür.

Beynəlxalq kredit qiymətləndirmə təşkilatı “Fitch Ratingsin” hesabatında ABŞ-ın başladığı ticarət müharibəsinin gedərək böyüyəcəyi təqdirdə qlobal ticarət xərclərinin 2 trilyon dolları aşacağını qeyd edir.

Xatırladaq ki, ABŞ ilə Çin arasında ticarət müharibəsinin başlanğıcı olaraq Tramp hökumətinin mart ayında polad və alüminiuma 25 faiz əlavə gömrük rüsumları tətbiq etməsi ilə başlayıb.

Pekin hökuməti Trampın ticarət müharibəsinə qarşılıq olaraq ABŞ-da istehsal edilən 128 adda məhsula 15-25 faiz civarında vergi tətbiq etmək qərarını açıqlayıb. Bundan dərhal sonra ABŞ administrasiyası Çinin Amerika şirkətlərinin texnologiyası və əqli mülkiyyətini oğurlamaq kimi fəaliyyəti səbəbindən minə yaxın Çin mənşəli məhsula 25 % gömrük rüsumu tətbiq etmək planına malik olduğunu açıqlayıb.

Çin Ticarət Nazirliyi isə buna qarşılıq olaraq elan edib ki, ABŞ-dan idxal olunan 659 çeşiddə məhsula 50 milyard dollar həcmdə vergi rüsumu tətbiq edə bilər.

Ağ-Ev isə Çinin buna gedəcəyi təqdirdə əlavə 200 milyard dollarlıq gömrük vergisi tətbiq edəcəyi haqda xəbərdarlıq edir.


Müəllif: Cavad

Oxşar xəbərlər