Türkiyə Silahlı Qüvvələrinin 271 hərbçisi Fətullahçı Terror Təşkilatına (FETÖ) üzv olmaq ittihamı ilə saxlanılıb.
Teleqraf.com xəbər verir ki, əməliyyatları Türkiyə Baş Prokurorluğunun Terrorizmlə Mübarizə İdarəsi həyata keçirib.
İstanbul şəhərində keçirilmiş əməliyyatlar 47 fərqli ünvanda aparılıb.
Məlum olub ki, ayrı-ayrı vaxtlarda saxlanılmış şəxslərlə “imam” (Fətullah Gülən- red.) arasında şifrəli telefon danışıqları olub. Barəsində həbs qətimkan tədbiri seçilmiş 271 nəfərin 122-si yüksək vəzifəli şəxsdir.
Saxlanılan şəxslərdən biri ehtiyatda olan general-mayor, 120 nəfəri yeni təyinat almış zabit, 29 nəfəri ehtiyatda olan zabit, 122 nəfəri isə yüksək vəzifəli və rütbəli şəxslərdir.
İzmir şəhərində keçirilmiş əməliyyatlarda da 75 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.