İtaliya F-35 qırıcı təyyarələrini almaqdan imtina etdiyini bildirib.
Teleqraf.com xəbər verir ki, bu barədə İtaliya Müdafiə naziri Elizabetta Trenta “La7” telekanalının efirində bildirib.
“Biz daha F-35 təyyarəsi almayacayıq. Bizim qərarımız cəriməyə səbəb olacaq. İndi biz müqavilənin şərtləri barədə düşünürük”.
İmtinanın səbəinə gəlincə, İtaliya Milan yaxınlığındakı Kameri avibazasında özü F-35 qırıcıları istehsal edir. Rəsmi Roma bazanın tikilməsi üçün 2,5 milyard avro xərcləyib.
NATO-nun planına əsasən, İtaliya 131 döyüş maşını almalıydı, daha sonra bu rəqəm 90-a endirildi. Hazırda İtaliyanın 10 ədəd F-35 qırıcısı var.