Dünyada dəniz konteynerlərinin daşınması üzrə 3-cü ən böyük şirkət olan CMA CGM Group İrandakı fəaliyyətini dayandırır.
Teleqraf.com xəbər verir ki, bu barədə Frans Press agentliyi məlumat yayıb.
Şirkətin rəhbəri Rodoff Saad buna ABŞ-ın Tehrana qarşı sanksiya tətbiq etməsinin səbəb olduğunu bildirib.
Qeyd edək ki, Prezident Donald Tramp mayın 8-də ABŞ-ın İranla bağlanmış nüvə sazişindən çıxdığını və Vaşinqtonun rəsmi Tehrana qarşı sanksiya tətbiq edəcəyini açıqlayıb.