Türkiyə Böyük Millət Məclisində millət vəkillərinin and içmə mərasimi zamanı maraqlı anlar yaşanıb.
Teleqraf.com-un Türkiyə KİV-ə istinadən xəbərinə görə, mərasim davam edərkən, MHP başqanı Dövlət Baxçalı parlamentin iclas keçirilən salonunu tərk edib. Bu zaman ayağa qalxan İyi Partiyanın millət vəkili Həyati Arkaz yaxınlaşaraq, Baxçalının əlini öpüb.