15 İyul 2018 17:10
674
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinin Şanxay şəhəri yaxınlığında yük gəmisinin batması nəticəsində 10 ekipaj üzvü itkin düşüb.

Teleqraf.com xəbər verir ki, uzun saatlardır davam edən xilasetmə əməliyyatı heç bir nəticə verməyib.

Məlumata görə, “Şuntsyan-2” yük gəmisi digər gəmi ilə toqquşma nəticəsində batıb. İkinci gəminin göyərtəsində adam olub-olmadığı, həmçinin qəzanın baş vermə səbəbləri məlum deyil.

“Şuntsyan-2” gəmisi Nankin şəhərindən Quandun əyalətinə 3 min tona yaxın polad aparırmış. Gəminin göyərtəsində 13 ekipaj üzvü olub, onların hamısı toqquşmadan sonra suya düşüb, indiyədək üç nəfəri xilas etmək mümkün olub. Onların hər üçünə tibbi yardım göstərilib.


Müəllif: Səxavət