Ermənistanın Baş naziri Nikol Paşinyanla eks-prezident Levon Ter-Petrosyanın arasında Hökumət evində görüş keçirilib.
Teleqraf.com “Novosti Armeniya”ya istinadla xəbər verir ki, Ter-Petrosyan görüşün gedişatında Ermənistanın qarşısında duran bir sıra çağırışların öhdəsindən gəlmək yolları barədə öz mövqeyini ifadə edib. Tərəflər xarici siyasət və Qarabağ münaqişəsi ilə bağlı müzakirə aparıblar.
Qeyd edək ki, görüş Ermənistanın sabiq prezidentinin təşəbbüsü ilə baş tutub.