Qanunsuz silahlı birləşmələrin Donbasda qalmaq imkanları yoxdur, ona görə də onlar bütün Ukrayna ərazisinə yayılacaqlar.
Axar.az xəbər verir ki, bunu Ukrayna Təhlükəsizlik Xidmətinin sədr müavini Viktor Yaqun deyib.
“Heç kim qorxulu əhval-ruhiyyə yaratmaq istəmir, amma bununla yanaşı bizim ayıq olmağımız lazımdır. Aktiv hərbi əməliyyatların başa çatmasından sonra onlar hardasa fəaliyyət göstəməlidirlər. Biz Ukraynanın bütün regionlarında dəhşətli terror aksiyalarının baş verə biləcəyini istisna etmirik”, - Yaqun bildirib.