Türkiyənin tanınmış aktyorlarında olan Necat İşlər pərəstişkarının həyat yoldaşı tərəfindən döyülüb.
Teleqraf.com xəbər verir ki, hadisə aktyorun dostu ilə Bodrumun Gümüşlük məhəlləsindəki kafelərdən birində olan zaman baş verib. Belə ki, xanım fanatı Necat ilə şəkil çəkdirmək istəyib. Sənətkardan “yox” cavabı alan qadının həyat yoldaşı aktyora hücum edib.
Dişi qırılab, başı yarılan aktyorun dava zamanı huşunu itirdiyi qeyd edilib.
Dostları tərəfindən xəstəxanaya aparılan Necatın vəziyyətinin yaxşı olduğu bildirilib.