Rusiya və Yunanıstan arasındakı böhran davam edir. Yunanıstanın daxili işlərinə müdaxilə etdiyi iddiasıyla rusiyalı diplomatların Afinadan çıxarılmasına rəsmi Moskvadan cavab gəlib.
Teleqraf.com “Reuters”ə istinadla xəbər verir ki, məsələ ilə bağlı Rusiya Xarici işlər naziri Sergey Lavrovun Yunanıstan səfəri ləğv edilib.
Rusiya XİN-in sözçüsü Mariya Zaxarova açıqlamasında, “Bəzi qərb ölkələri, rus diplomatların deportasiya edilməsi üçün Yunanıstana təzyiq göstərir. Yunanıstan çox böyük bir təzyiqə məruz qalır. Xüsusilə, İngiltərənin bu fitnəkar təzyiqlərinə qarşı Yunanıstanın dözə biləcəyini hesab etmirəm. Rusiyaya qarşı həyata keçirilən çox mərhələli bir oyun var. Bu Yunanıstanın da içinə daxil edildiyi bir oyundur" deyə bildirib.
Qeyd edək ki, Yunanıstan ötən günlərdə iki rus diplomatını ölkədən çıxarıb, Yunanıstana gələn daha iki Rusiya vətəndaşına isə viza verməyib.