21 İyul 2018 20:27
1 063
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özbəkistanda Nüvə Enerjisi İstehsalı Agentliyi (OZATOM) qurulacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Prezident Şavkat Mirziyoyev açıqlama verib.

Bununla bağlı sərəncam imzalayan dövlət başçısı nüvə (atom) enerjisindən xeyirxah məqsədlər üçün istifadə ediləcəyini bildirib.

Nazirlər Kabineti nəzdində fəaliyyət göstərəcək agentlik ölkədə nüvə enerjisi istehsalı, istifadə edilməsi, bu istiqamətdə dövlət siyasətinin müəyyən edilməsi və strateji hədəflərin müəyyənləşməsinə görə məsuliyyət daşıyacaq.

Kabinet noyabrın 1-dək nüvə enerjisinin sülh məqsədləri üçün istifadə ediləcəyi ilə bağlı qanun layihəsini hazırlayaraq parlamentdə təqdim etməlidir. 2019-cu ilin oktyabrın 1-dək isə nüvə enerjisi ilə bağlı dövlət proqramı hazırlanmalıdır.

Qeyd edək ki, Özbəkistan hökuməti 2017-ci il sonlarında Rusiyanın “Rosatom” şirkəti ilə nüvə enerjisinin sülh məqsədləri üçün istifadə ediləcəyi ilə bağlı müqavilə imzalamışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər