Amerikalıların nə sözünə, nə də imzasına etibar qalıb. Bu səbəbdən ABŞ-la müzakirənin mənası yoxdur.
Teleqraf.com xəbər verir ki, bunu İranın ali dini lider Ayətullah Əli Xameneyi deyib.
Xarici İşlər Nazirliyinin əməkdaşları və səfirlərlə görüşü zamanı Xameneyi ABŞ-la müzakirələr və ya diplomatik münasibətlərin iki ölkə arasında yaranmış problemi həll edəcəyini fikrinin səhv olduğunu bildirib.
Onun sözlərinə görə, Vaşinqtonun əsas məqsədiinin İran islam inqilabının köklərini sarsıtmaqdır.
Qeyd edək ki, mayda ABŞ İranla bağlanmış nüvə sazişindən çıxıb və Tehrana qarşı sanksiyalar qəbul edib.