24 İyul 2018 07:35
637
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Donald Tramp e-ticarət nəhəngi olan "Amazon" şirkətinin qurucusu Ceff Bezosun sahibi olduğun "Vaşinqton Post" qəzetini tənqid edib.

Teleqraf.com xəbər verir ki, Tramp "Amazon"un ona qarşı kampaniya aparığını bildirib.

"Vaşnqton Post" 2 ay öncə "Amazon"un Ali Məhkəmədə internet vergi işi üzrə məğlubuiyyətindən sonra mənə qarşı kampaniyaya başlayıb. "Amazon" ABŞ poçt xidmətindən şəxsi kuryeri kimi istifadə edir. Hesab edirəm ki, "Vaşnqton Post" "Amazon" üçün bahalı lobbiçidən başqa bir şey deyil", deyə Tramp qeyd edib.

Tramp daha öncə bildirib ki, "Amazon" poçt xidmətindən şəxsi kuryer kimi istifadə etməklə ABŞ dövlət büdcəsinə milyardlarla dollar zərər vurub: "Amazon" bu zərəri ödəməlidir. Poçt xidmətlərinin rəhbərlərinin heç ağlı yoxdur? Poçt xidməti "Amazon" üçün daşıdığı hər bir paketin müqabilində 1,5 dollar itirir. Poçt xidmətləri tarifləri artırsa "Amazon"un karqo məsrəfləri 2.6 milyard dollar artacaq.


Müəllif: Ruslan

Oxşar xəbərlər