ABŞ Konqresi “F-35” qırıcılarının Türkiyəyə tədarükünü müvəqqəti qadağan edən qərar qəbul edib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb.
ABŞ-ın 2019-cu il üçün müdafiə büdcəsinin sonuncu variantının müzakirəsi zamanı Türkiyəyə 5-ci nəsil təyyarə satışını qadağan edən müddəa sənədə əlavə olunub.