27 İyul 2018 16:44
1 403
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada moskvalı bir qadını öldürmək üçün tutulmuş killer sifarişi yerinə yetirməkdən imtina edib və bununla bağlı FTB-yə xəbər verib.

Teleqraf.com xəbər verir ki, bu barədə təhlükəsizlik xidmətindəki mənbə bildirib.

İstintaqın versiyasına görə, naməlum şəxs tanışı olan qadını öldürmək üçün qatil axtarıb. O bir nəfərin köməkliyi ilə killer tapıb.

Ancaq növbəti proseslərdə killer sifarişi yerinə yetirməkdən imtina edib və bununla bağlı Rusiya Federal Təhlükəsizlik Bürosuna məlumat verib. Faktla bağlı 2018-ci ilin iyulunda cinayət işi açılıb.

Hazırda istintaqçılar sifarişçi və onun vasitəçini axtarır.


Müəllif: Ruslan

Oxşar xəbərlər