30 İyul 2018 19:25
935
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kambocada parlament seçkilərini Baş Nazir Hun Senin lideri olduğu Xalq Partiyası udub.

Teleqraf.com xəbər verir ki, bununla da 33 ildir ölkəyə baş nazirlik edən Hun Sen daha 5 il ölkəni idarə edəcək.

Kamboca dövlət televiziyası elan edib ki, Xalq Partiyası seçicilərin 70 faiz səsini alıb.

8,3 milyon seçicisi olan Kambocada seçicilərin 82 faizinin səsvermədə iştirak etdiyi bildirilir.

Qeyd edək ki, seçkilərdə ana müxalifət partiyası iştirak etməyib. Əsasən, 2013-cü il seçkilərindən sonra qurulan 19 siyasi partiya seçkilərə qatılıb.

Ölkənin sürgündə olan müxalifət lideri Sam Rainsy isə seçkilərdə Xalq Partiyasının qarşısında rəqib kimi müxalifət partiyası olmadığını elan edib və xalqı etirazlara çağırıb.


Müəllif: Cavad

Oxşar xəbərlər