ABŞ prezidenti Donald Tramp iranlı həmkarı Həsən Ruhani ilə ilkin şərt olmadan görüşməyə hazır olduğunu bildirib.
Teleqraf.com xəbər verir ki, bu barədə D.Tramp Ağ Evdə İtaliyanın baş naziri Cuzeppe Konte ilə birgə keçirdiyi brifinqdə bildirib.
“Heç bir ilkin şərt olmadan, təşəbbüslə çıxış etdiyi təqdirdə, cənab Ruhani ilə istənilən vaxt görüşməyə hazıram”, deyə D.Tramp.